Xarici klub azərbaycanlı hücumçunu satışa çıxaracaq

21 Dekabr 2023 13:00 Bizimkilər 788
Xarici klub azərbaycanlı hücumçunu satışa çıxaracaq

Zaqreb “Dinamo” su Azərbaycan millisinin futbolçusu Mahir Emrelini transferə çıxaracaq.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli “slobodnadalmacija.hr” saytı məlumat yayıb.

Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Emrelidir. 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil.

Mahir Emrelinin “Dinamo” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?