Coşqun oynadı, komandası Erzurumda heç-heçə etdi

21 Dekabr 2023 08:50 Bizimkilər 452
Coşqun oynadı, komandası Erzurumda heç-heçə etdi

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci Liqasında 16-cı tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda səfərdə "Erzurum BB" ilə qarşılaşıb.

Matç 1:1 hesabı ilə başa çatıb.

Coşqun bu oyunda start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə sarı vərəqə alıb və elə həmin dəqiqədə əvəzlənib.

"Ümraniyespor" 19 xalla 10-cu sıradadır. "Erzurum BB" isə 19 xalla 9-cu pillədə qərarlaşıb.

"Erzurum BB" - "Ümraniyespor" - 1:1

Qollar: Yıldız, 40 (0:1), Tozlu, 90+6 (1:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti