Albaniya çempionatında 17-ci turun rəmzi komandası müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, "Panorama" nəşrinin versiyasına əsasən "Eqnatiya"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli də rəmzi "11-liy"ə düşüb.
Vüsal 17-ci turun "Dinamo" ilə oyununda (2:1) komandasının qələbə qolunun müəllifi olub. O, bu mövsüm Albaniya çempionatında 6 qol vurub, 2 qol ötürməsi edib.


