Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" Türkiyə Superliqasında 17-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda "Qaziantep"in qonağı olub.
Matç 2:2 hesabı ilə başa çatıb.
Ş.Məhəmmədəliyev start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Adana Demirspor" 24 xalla 6-cı, "Qaziantep" 16 xalla 15-cidir.
"Qaziantep" - "Adana Demirspor" 2:2
Qollar: Kızıldağ, 17 (1:0), Markoviç, 54 (2:0), Akbaba, 71 (2:1), Akintola, 73 (2:2)

