Ramil Şeydayev yenə Tailandda "qol orucu" tutdu

18 Dekabr 2023 01:00 Bizimkilər 840
Ramil Şeydayev yenə Tailandda "qol orucu" tutdu

Tailand çempionatında 14-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” səfərdə "Tay Port"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Ramil 53-cü dəqiqədə - hesab 2:1 olanda əvəzlənib. Şeydayev bu oyunda da qol vura bilməyib.

Ümumiyyətlə, yayda "Qarabağ"dan ayrılaraq "Buriram Yunayted"ə keçən hücumçu bu mövsüm Tailand çempionatında 10 oyuna 1 qol vurub, 3 qol ötürməsi edib.

Bu nəticədən sonra “Buriram Yunayted” 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti