Vüsal İsgəndərlinin də formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 17-ci tur oyuna çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda səfərdə Tirana "Dinamo"su ilə qarşılaşıb.
Matç "Eqnatiya"nın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Vüsal da bu oyunda iştirak edib. O. start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
İsgəndərli 80-ci dəqiqədə fərqlənib və komandasına qələbə qazandırıb. Bu, onun Albaniya çempionatında 2023/2024 mövsümündə vurduğu 6-cı qoldur.
"Eqnatiya" çempionatda 17 turdan sonra 37 xalla liderdir.
"Dinamo" - "Eqnatiya" - 1:2
Qollar: B.Zaberqia, 67 - A.Zeynullai, 17, V.İsgəndərli, 80

