Niderland 1-ci divizionunda 19-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" səfərdə "Yonq Utrext"lə qarşılaşıb.
Matç qonaq komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Ozan Can matça start heyətdə başlayıb və sona qədər meydanda olub.
O, bu görüşdə 1 qol vurub, 2 qolun ötürməsini verib.
19 turdan sonra 29 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb
"Yonq Utrext" - "Eyndhoven" - 2:5
Qollar: Riyks, 6 (1:0), Dorenboş, 35 (1:1, qol ötürməsi: Ozan Can Kökçü), Rottye, 71 (1:2), Sleeqers, 75 (1:3), Amevr, 86 (1:4, qol ötürməsi: Ozan Can Kökçü), Riyks, 90 (2:4), Ozan Can Kökçü, 90+3 (2:5)
Qırmızı vərəqə: Vierek, 31 ("Yonq Utrext")

