Mahirin problemi üzə çıxdı, derbidə iştirak etməyəcək

16 Dekabr 2023 13:40 Bizimkilər 2 037
Mahirin problemi üzə çıxdı, derbidə iştirak etməyəcək

"Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatındakı növbəti oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis forvardın "Hayduk"a qarşı XIX tur matçında meydana çıxmayacağını deyib. Yakiroviç Emrelinin dizində ağrılar hiss etdiyini söyləyib.

Dekabrın 17-də reallaşacaq "Dinamo" - "Hayduk" derbisi Bakı vaxtı ilə saat 20:15-də başlanacaq.

Paytaxt klubu 16 oyundan sonra 33 xalla ikinci pillədə qərarlaşıb. 18 görüşdə 40 xal toplayan "Hayduk" isə liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?