Azərbaycanın 2024-cü il üçün... SİYAHI AÇIQLANDI!

15 Dekabr 2023 23:20 Bizimkilər 947
Azərbaycanın 2024-cü il üçün... SİYAHI AÇIQLANDI!

2024-cü ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin adlarına aydınlıq gəlib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA tərəfindən təsdiqlənmiş siyahısıda 4 referi yer alıb.

Növbəti ildə də Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Fəridə Lütfəliyeva matçlara baş hakim kimi təyinat alacaqlar.

Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva baş hakimlərə kömək edəcəklər.

Əliyar Ağayevlə Elçin Məsiyev VAR hakimləri kimi də fəaliyyət göstərəcəklər.

Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov futzal, İnqilab Məmmədov və Nail Nağıyev isə çimərlik futbolu görüşlərini idarə edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?