Şahruddin “Qalatasaray”la oyunda neyləyib? - Türkiyə mediası yazır

15 Dekabr 2023 00:40 Bizimkilər 7 850
Şahruddin “Qalatasaray”la oyunda neyləyib? - Türkiyə mediası yazır

Türkiyə mətbuatı "Adana Dəmirspor"un azərbaycanlı qapıçısı Şahruddin Məhəmmədəliyevin Superliqanın 15-ci turunun "Qalatasaray"la matçdakı (1:3) çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, türkiyəli həmkarlarımız millimizin qolkiperinin performansını bəyəniblər:

"Sosial şəbəkələrdə azərbaycanlı qapıçı Şahruddin Məhəmmədəliyevlə bağlı yazılanlardan birinə rast gəldik:

“O, vaxtaşırı inanılmaz seyvlər etsə də, səhvləri ilə də məşhurdur”. Demək olar ki, əvvəllər çıxış etdiyi “Qarabağ”ın hər oyununda matçın şərhçisi heç olmasa bir dəfə “Şahruddin neynəyirsən sən?” deyirdi.

“Qalatasaray”la matçda Şahruddinin performansı yaxşı idi. Halbuki, ilk dəfə idi onu bu cür komanda ilə oyunda iş başında görürdük".

"Adana Dəmirspor" "Qalatasaray"a səfərdə 1:3 uduzmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti