Dörd azərbaycanlı "Mançester Siti" yolunda - UEFA-dan MÜHÜM QƏRAR

11 Dekabr 2023 14:20 Bizimkilər 2 139
Dörd azərbaycanlı "Mançester Siti" yolunda -  UEFA-dan MÜHÜM QƏRAR

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisi Serbiyada yerli “Srvena Svezda” və “Mançester Siti” (İngiltərə) arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyununu idarə edəcək.

eliyar-agayev-mancester-sitinin-oyununa-teyinat-aldi

Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Görüş dekabrın 13-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti