Ramil Şeydayev yenə Tailandda adından söz etdirdi

10 Dekabr 2023 01:20 Bizimkilər 8 261
Ramil Şeydayev yenə Tailandda adından söz etdirdi

Tailand çempionatında 13-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” doğma meydanda "Nakhon Pathom"la qarşılaşıb.

Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev meydana start heyətində çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib. O, komandasının 56-cı dəqiqədə vurduğu qolun ötürməsini verib.

Bu nəticədən sonra “Buriram Yunayted” 21 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Buriram Yunayted" - "Nakhon Pathom" 4:1
Qollar
: Çamratasamee, 29 (1:0), 56 (2:0), Durosinmi, 82 (2:1), Çaided, 85 (3:1), 90 (4:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti