Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında 18-ci tur oyununa çıxıb.
Sportinfo..az xəbər verir ki, komanda autsayder "Rudes"i qəbul edib.
Matç Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 76-cı dəqiqədə Kulenoviç vurub.
Mahir görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 79-cu dəqiqədə meydana daxil olub.
"Dinamo" hazırda turnir cədvəlində 33 xalla (16 oyun) 2-cidir. Lider "Hayduk"un 40 (18 oyuna) xalı var.

