Şahruddin "Qalatasaray"dan 3 qol buraxdı

8 Dekabr 2023 23:20 Bizimkilər 743
Şahruddin "Qalatasaray"dan 3 qol buraxdı

Bu gün Türkiyə Superliqasında 15-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlievin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Qalatasaray"la qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Şahruddin sözügedən görüşdə start heyətdə yer alıb və sonadək oynayıb.

"Qalatasaray" hazırda 40 xalla 1-ci, "Adana Demirspor" isə 23 xalla 5-ci pillədə qərarlaşıb. 37 xalla 2-ci pillədə olan "Fənərbaxça" sabah "Beşiktaş"a qalib gəlsə, liderliyi bərpa edəcək.

Şahruddin Məhəmmədəliyev Superliqanın son turunda "Samsunspor"la keçirilən oyunda ilk dəfə start heyətdə yer alıb. 2:3 hesablı məğlubiyyətdən sonra isə komandanın baş məşqçisi Patrik Klyüvert istefaya göndərilib.

"Qalatasaray" - "Adana Demirspor" 3:1
Qollar:
Boe, 22 (1:0), Aktürkoğlu 28 (2:0), Nianq, 45+4-pen. (2:1), İkardi, 90+4-pen. (3:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti