Bu gün Türkiyə Superliqasında 15-ci tura start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.
Həmçinin oxuyun: Kannavaro Şahruddinin baş məşqçisi ola bilər
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəlievin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Qalatasaray"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Qalatasaray" hazırda 37 xalla 2-ci, "Adana Demirspor" isə 23 xalla 5-ci pillədə qərarlaşıb.
Şahruddin Məhəmmədəliyev Superliqanın son turunda "Samsunspor"la keçirilən oyunda ilk dəfə start heyətdə yer alıb. 2:3 hesablı məğlubiyyətdən sonra isə komandanın baş məşqçisi Patrik Klyüvert istefaya göndərilib.

