COP29

Coşqun Türkiyədə CİDDİ PROBLEMlə üzləşdi

4 Dekabr 2023 20:40 Bizimkilər 1 852
Coşqun Türkiyədə CİDDİ PROBLEMlə üzləşdi

Azərbaycan millisinin şərəfini qoruyan Coşqun Diniyevin Türkiyədəki işləri yaxşı getmir.

Futbol mənasında hər şey qaydasındadır. 28 yaşlı yarımmüdafiəçi “Ümraniyespor”un heyətində meydana çıxdığı 14 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Coşqunun problemi maliyyə ilə bağlıdır. Həmyerlimiz Azərbaycandan Türkiyəyə yollanan gündən 1 qəpik də pul görməyib.

Bu gün-sabahlar düz 5 aydır davam edir. Klub rəhbərliyi hər dəfə “yaxın günlər”i nişan versə də, ortada ciddi heç nə yoxdur.

Diniyev bütün məsrəfləri öz cibindən qarşılayır. Hətta mənzil və avtomobil icarəsinin xərclərini də.

Dekabr sonuncu dayanacaqdır. Bu ayın sonuna qədər səbr edəcək futbolçumuz vəziyyət düzəlməyəcəyi halda Türkiyə Futbol Federasiyasına şikayət edəcək.

Hazırda millimizin üzvünün xidmətində Türkiyə klubları maraqlıdır. Coşqunun iş yerini dəyişməsi üçün TFF-nin azad agent statusu verməsi lazımdır.

Hazırda “Ümraniyespor”un heyətində Diniyevdən başqa 8 legioner yer alıb.

İstanbul təmsilçisi 14 turdan sonra topladığı 15 xalla 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"