
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında 15-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda "Vllaznia"nı qəbul edib.
Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. V.İsgəndərli start heyətdə yer alıb və 74-cü dəqiqədə əvəzlənib.
O, 41-ci dəqiqədə komandasının 3-cü qolunun müəllifi olub. Bu, Vüsalın Albaniya çempionatında 5-ci qoludur.
"Eqnatiya" turnir cədvəlində 33 xalla 1-cidir
"Eqnatiya" - "Vllaznia" 3:0
Qollar: Ndreka, 23, Paulauskas, 32, Vüsal İsgəndərli, 41