
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında 14-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda "Kocaelispor"un qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.
C.Diniyev start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. O, komandasının ilk qolunun müəllifi olub.
"Ümraniyespor" 15 xalla 12-ci pillədə qərarlaşıb. Siyahıya 33 xalla "Eyüpspor" başçılıq edir.
"Kocaelispor" - "Ümraniyespor" 0:3
Qollar: Coşqun Diniyev, 29, Goksu, 45+2, Abdioğlu, 90+1-avtoqol.