
Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün C qrupunda Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Astana"nın qonağı olub.
Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı hücumçu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Xallarını 6-ya yüksəldən "Dinamo" qrupda ikinci pillədə qərarlaşıb.
"Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2
Qollar: Vidoviç, 48, Kaneko, 79
Baş hakim: Con Beaton (Şotlandiya)
"Astana Arena".