Coşqun heç nə edə bilmədi, komandası "Boluspor"a uduzdu

26 Noyabr 2023 01:50 Bizimkilər 544
Coşqun heç nə edə bilmədi, komandası "Boluspor"a uduzdu

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda öz meydanında "Boluspor"la qarşılaşıb.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun bu oyunda start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

"Ümraniyespor" 12 xalla 15-ci sıradadır. "Boluspor" isə 16 xalla 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM