Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" autsayder "İstanbulspor"un qonağı olub.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə oyuna çıxan Renat Dadaşov sona qədər oynayıb. O, 48-ci dəqiqədə penaltidən fərqlənib. Futbolçu 90+7-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
"Hatayspor" 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "İstanbulspor" 8 xalla sonuncu-20-ci pillədədir.
"İstanbulspor" - "Hatayspor" 2:1
Qollar: Loşay, 26 (1:0), Renat Dadaşov, 48-pen. (1:1), Mamadou, 79 (2:1)

