Hikmət Hacıyev: “Bu, Azərbaycanın əsaslı iddialarını sübut edir”

21 Noyabr 2023 13:50 Bizimkilər 531
Hikmət Hacıyev: “Bu, Azərbaycanın əsaslı iddialarını sübut edir”

“Landmine Monitor 2023” Ermənistanı piyada əleyhinə minalar istehsal edən ölkələr siyahısına əlavə edib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın inkar etməsinə baxmayaraq, məhz bu fakt Azərbaycanın Ermənistana qarşı 2020-ci ildəki 44 günlük müharibə başa çatandan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddialarını bir daha sübut edir.

H.Hacıyev, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın o vaxt işğal olunmuş torpaqlarında milyonlarla mina yerləşdirib: “Bunun da nəticəsində 2020-ci ilin noyabr ayından 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti