COP29

Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir - FOTOLAR

20 Noyabr 2023 12:30 Bizimkilər 337
Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Noyabrın 20-də rayonun Zabux kəndinə növbəti 25 ailə (91 nəfər) yola düşüb.

Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bununla da indiyədək Zabux kəndində 96 ailənin, yəni, 382 nəfərin daimi məskunlaşması təmin edilib.

Xatırladaq ki, kəndə ilk köç bu il avqustun 25-də baş tutub.







Digər Xəbərlər
Xəbər Lenti