Bir qrup azərbaycanlı məşqçi Gürcüstana yollanıb.
Bu səfər A kateqroiyasına sahib olmaq üçün baş tutub.
Belə ki, Tiflisdə keçirilən kişilər arasında 19 yaşlı futbolçulardan ibarət millilərin Avropa çempionatının seçmə mərhələ oyunları çərçivəsində baş tutacaq qarşılaşmanı izləyən mütəxəssislər Bakıya qayıdandan sonra həmin matçın təhlilini təqdim etməlidir.
Səfərə çıxanlar 6 nəfərdir. Bunlar Rəşad Sadiqov, Elton Yaqublu, Asif Mirili, Araz Bağırov, Cavid Hüseynov və Ruslan Əmircanovdur.
HƏBİB / SPORTİNFO.AZ

