Türkiyə hərbçiləri daha 1 il Azərbaycanda qalacaq

18 Noyabr 2023 13:30 Bizimkilər 757
Türkiyə hərbçiləri daha 1 il Azərbaycanda qalacaq

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin qanunu qüvvəyə minib.

Bu haqda sənəd “Rəsmi Qəzet”də dərc olunub.

Qanunda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərinin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi.

2021 və 2022-ci illərin noyabrında da Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”