BƏDBİN İDDİA: "Mahir Emreli problemi həll edə biləcək hücumçu deyil"

17 Noyabr 2023 16:20 Bizimkilər 1 324
BƏDBİN İDDİA: "Mahir Emreli problemi həll edə biləcək hücumçu deyil"

Xorvatiya mətbuatı zədəsini yeni sağaldan "Dinamo”nun (Zaqreb) hücumçusu Bruno Petkoviçin qayıdışını qeyd edərkən, Mahir Emrelinin durumuna da toxunublar.

Sportinfo.az xəbər verir ki, “Sportske novosti” portalı millimizin forvardı barədə bunları yazıb:

"Bruno Petkoviçin qayıdışı “Dinamo” üçün həm də ona görə vacibdir ki, Sandro Kulenoviç sarı vərəqə limitini pozduğu üçün qarşıdakı çempionat matçında “Osiyek”ə qarşı oynaya bilməyəcək.

Yosip Drmiç və Mahir Emreli isə qol vurmaq lazım gəldikdə, problemli həll edə biləcək hücumçular deyillər. Ona görə də Petkoviçin dönüşü "Dinamo" üçün yaxşıdır".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 08:30 Birinci kim danışacaq?