Daha 94 nəfər Laçının yeni qurulan kəndinə yola salındı - FOTOLAR

17 Noyabr 2023 13:30 Bizimkilər 551
Daha 94 nəfər Laçının yeni qurulan kəndinə yola salındı - FOTOLAR

Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 94 nəfər köçürülüb.

İndiyədək Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti