Ukrayna Premyer Liqasında daha bir azərbaycanlının çıxış etməsi haqda iki gün öncə oxucularımıza xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, sportal.az-ın araşdırmasına görə, "Dnipro-1"in 18 yaşlı vingeri Ramik Hacıyev əslən Azərbaycandandır.
Futbolçunun özü ilə danışdıq. Hacıyev geniş müsahibə vermək istəməsə də, həmyerlimiz olduğunu təsdiqlədi:
"Bəli, əslən azərbaycanlıyam. Həm anam, həm də atam oradandır. Sadəcə, iki yaşım olarkən ailəmlə birlikdə Azərbaycandan Ukraynaya gəlmişik".
Ramik, çox danışmaq istəməməsini isə bununla əlaqələndirib:
“Mən hələ ki, oynamalıyam. Oynamağa başlayandan sonra danışaram”.
Futbolçu bu mövsüm Ukrayna Premyer Liqasında "Zarya" ilə görüşdə meydana çıxaraq "Dnipro-1"in heyətində rəsmi debüt etmişdi.
Əsas komandanın heyətində məşq edən Ramik tez-tez əvəzedici heyətdə meydanlara çıxır.

