Azərbaycanlıya UEFA-dan daha bir təyinat gəldi

14 Noyabr 2023 08:30 Bizimkilər 722
Azərbaycanlıya UEFA-dan daha bir təyinat gəldi

Azərbaycanın FİFA referisi Rauf Cabarov təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Rauf Cabbarova yan xətdə Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

noyabrın 16-da Skopyedə keçiriləcək Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti