"Qarabağ" etibarlı əllərdədir, daha da yaxşı oynayacaqlar"

10 Oktyabr 2023 03:00 Bizimkilər 854
"Qarabağ" etibarlı əllərdədir, daha da yaxşı oynayacaqlar"

"Qarabağ" "Hekken"ə qarşı layiqli futbol nümayiş etdirdi.

Belə olacağını ehtimal edirdim.

İsveçdə yaxşı oynadılar və Avropa Liqasının qrup mərhələsində növbəti qələbələrini qazandılar".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Boyan İliç deyib.

Ağdam klubunun formasını geyinmiş, hazırda futbol agenti kimi çalışan Boyan "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə "Hekken"ə qalib gəlməsi barədə danışıb.

Onun fikrincə, Azərbaycan çempionu AL-in üçüncü turunda "Bayer"ə qarşı da yaxşı mübarizə aparacaq:

"Səfərdə qapı istiqamətinə 15 zərbə vurmaq əla göstəricidir. Zaman keçdikcə "Qarabağ" daha da yaxşı oynayacaq.

Hələ Marko Veşoviç də sıraya dönməlidir. Bu mənada, "Qarabağ" daha da artıracaq.

Onlar "Bayer"lə matçda da mübarizə aparacaq və məncə, növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Ağdam klubunun mövsümün əvvəlində çempionatdakı uğursuz startından sonra zamanla formaya düşəcəyinə şübhəm yox idi. Komanda etibarlı əllərdədir".

Serbiyalı futbol agenti karyerası ərzində "Qarabağ" və "Bakı"da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı