"Yurqorden" Musaya güvəndi, səfərdə qazandı

9 Oktyabr 2023 01:20 Bizimkilər 785
"Yurqorden" Musaya güvəndi, səfərdə qazandı

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da çıxış etdiyi "Yurqorden" İsveç çempionatında 26-cı tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda autsayder "Varberqs Bols"un qonağı olub.

Matç "Yurqorden"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 46-cı dəqiqədə Va vurub.

Musa Qurbanlı start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə - komandası 1:0 hesabı ilə irəlidə olarkən əvəzlənib.

Bu nəticədən sonra "Yurqorden" 46 xalla 4-cü, "Varberqs Bols" 14 xalla sonuncu-16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 57 xalla "Elfsborq" başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti