Mahir Emreli gecəni boş keçirmədi, qol ötürməsi verdi

9 Oktyabr 2023 01:00 Bizimkilər 707
Mahir Emreli gecəni boş keçirmədi, qol ötürməsi verdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 11-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "İstra"nı qəbul edib.

Mahir Emreli oyuna start heyətdə yer alıb və sona qədər meydanda olub.

Görüş "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli 60-cı dəqiqədə komanda yoldaşı Marko Bulata qol ötürməsi edib. Oyunda digər qolları Maksim Bernauer (16) və Mauro Petkoviç (67) vurub.

Mahir Emreli Xorvatiya çempionatında bu mövsüm meydana çıxdığı 7-ci matçda qol ötürmələrinin sayını 3-ə çatdırıb. Onun eyni sayda da qolu var..

"Dinamo" bu nəticədən sonra 19 xalla (9 oyun) 3-cü, "İstra" 7 xalla (11 oyun) 10 komanda arasında 9-cudur. Turnir cədvəlinə 22 xalla (10 oyun) "Riyeka" başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı