Millimizin oyunçusu Türkiyədə qol hesabını açdı

9 Oktyabr 2023 00:50 Bizimkilər 722
Millimizin oyunçusu Türkiyədə qol hesabını açdı

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 8-ci turda "Altay"ın qonağı olub və 3:0 hesablı qələbə qazanıb.

Start heyətdə meydana çıxan Diniyev komandasının ilk qolunu vurub. 67-ci dəqiqədə fərlənən Coşqun 77-ci dəqiqədə əvəzlənib.

"Ümraniyespor"un digər qollarını isə Onun Ayik (78) və Mert Muhammed (90) vurub.

Beləliklə, bu ilin yayında "Ümraniyespor"a keçən Diniyev komandasında ilk qolunu vurub.

"Ümraniyespor" bu nəticədən sonra 5 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Superliqa təmsilçisi "Hatayspor"da çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu gün 8-ci turda "Konyaspor"la keçirilən oyunda (3:1) dubl edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı