Türkiyə Super Liqasında 8-ci turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Konyaspor"u qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. O, O, komandasının ilk iki qolunun müəllifi olub.
Xallarını 14-ə yüksəldən "Hatayspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
"Hatayspor" - "Konyaspor" 3:1
Qollar: Renat Dadaşov, 22-pen. (1:0), Prip, 32 (1:1), Renat Dadaşov, 54 (2:1), Strandberq, 84 (3:1)

