Ramil Şeydayev təəssüfləndi - Qələbəni qaçırdıqları üçün

8 Oktyabr 2023 19:25 Bizimkilər 813
Ramil Şeydayev təəssüfləndi - Qələbəni qaçırdıqları üçün

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında 7-ci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda öz meydanında "Çonburi" ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Şeydayev görüşə start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Buriram Yunayted" 6 oyuna 14 xalla 3-cü pillədə qərarlaşıb.

"Buriram Yunayted" - "Çonburi" 2:2

Qollar: Doumboya, 7 (1:0), Promsrikaeş, 69 (1:1), Jayded, 73 (2:1), Murilo, 80 (2:2)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı