Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 8-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, sözügedən komanda 8-ci tur çərçivəsində evdə Tirana “Dinamo”su ilə qarşılaşıb.
Görüş Vüsalın komandasının qələbəsi ilə başa çatıb - 3:0. İsgəndərli oyunda start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Eqnatiya" hazırda 16 xalla 1-ci pillədə qərarlaşıb.
"Eqnatiya" - "Dinamo" - 3:0
Qollar: Pouluskas, 26, Arbin Zeynullai, 32, Alessandro Ahmetay, 88
Qırmızı vərəqə: Blend Krasniqi, 72 ("Dinamo")

