"Xəzər Lənkəran" adlı məkanda şəhidlərimiz yad olundu - FOTOLAR

7 Oktyabr 2023 19:40 Bizimkilər 907
"Xəzər Lənkəran" adlı məkanda şəhidlərimiz yad olundu - FOTOLAR

Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid olan hərbiçilərimiz Ukraynada yad olunub.

Xoş təşəbbüs adıçəkilən ölkədə yaşayan Natiq adlı həmyerlimizdən gəlib.

Şəhidlərimizin anım mərasimi Kiyevdə fəaliyyət göstərən "Xəzər Lənkəran" restoranında baş tutub.

Son hərbi əməliyyatlarda ölkəmizin süverenliyi uğurunda canından keçən şəhidlərimizə ehsan süfrəsi açılıb.

Ehsan məclisində Kiyevdə yaşayan Azərbaycan diasporasının üzvləri və xeyli sayda soydaşlarımız iştirak edib.

ALLAH şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti