Türkdilli ölkələrdə futbolun inkişafı - FİFA təşkil etdi, müzakirə olundu

5 Oktyabr 2023 08:50 Bizimkilər 850
Türkdilli ölkələrdə futbolun inkişafı - FİFA təşkil etdi, müzakirə olundu

FİFA-nın dəstəyi ilə Daşkənddə türkdilli ölkələrin – Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşdə Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də iştirak edib.

Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti