AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət etdi - FOTOLAR

4 Oktyabr 2023 15:40 Bizimkilər 631
AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət etdi - FOTOLAR

Latviyanın paytaxtı Riqada Avropa Şurasının təşkilatçılığı ilə antidopinq sahəsində ədalətli məhkəmə üzrə plenar sessiya keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Sportinfo.az-a verilən məlumata görə, tədbirdə ölkəni qurumun direktoru Şəfəq Hüseynli təmsil edib.

Avropa Şurasının baş katibinin müavini Byorn Berge qurumun hazırladığı antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin insan hüquqlarının qorunmasına yönəldiyini vurğulayıb.

Sonra sessiyada Norveç Milli Antidopinq Təşkilatının direktoru Anders Solheim və AMADA-nın rəhbəri Şəfəq Hüseynli bu istiqamətdə görülmüş işlər barədə çıxış ediblər.

Çıxışlar zamanı sənədin mahiyyəti, məqsədi və irəli gələn məsələlər barədə məlumat verilib. AMADA-nın direktoru həmçinin Azərbaycanda bu istiqamətdə qurulmuş və qanunvericilik tərəfindən təmin edilmiş mexanizmlə bağlı xüsusi təqdimatla çıxış edib.

Anders Solheim və Şəfəq Hüseynli antidopinq sahəsində ədalətli məhkəmə hüququnun təmin edilməsi sənədinin hazırlanması üçün Avropa Şurası tərəfindən yaradılmış xüsusi qrupun sədr və sədr müavini olublar.

Şəfəq Hüseynli hazırda Avropa Şurasının Monitorinq Qrupunun sədr müavinidir və sənədin icrasına operativ nəzarət edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?