Balasanyanın 31 ildi ölüm-itimini gizlətdiyi QƏHRAMAN Natiqin FİLM kimi HEKAYƏSİ - VİDEO

4 Oktyabr 2023 16:10 Bizimkilər 669
Balasanyanın 31 ildi ölüm-itimini gizlətdiyi QƏHRAMAN Natiqin FİLM kimi HEKAYƏSİ - VİDEO

Bir neçə gündür Azərbaycan mediasında 1992-ci ildə Qarabağda itkin düşmüş Natiq Qasımov barədə yazılar dərc olunur.

Xalqımızın bu igid və mərd oğlu gənc olmasına baxmayaraq, Ağdamın Pirlər kəndi yaxınlığında 5 gün ərzində çoxsaylı erməni terrorçularına müqavimət göstərib.

Qədim alban məbədindəki mövqeyimizi ələ keçirmək istəyən terrorçular xeyli sayda itki veriblər. Natiq elə rəşadətlə döyüşürmüş ki, ermənilər məbəddə onun tək olmadığından qorxaraq yaxın gələ bilmirmişlər.

N.Qasımovu erməni separatçıları özlərinə məxsus biclik və hiyləgərlik hesabına təslim olmağa məcbur ediblər.

Onun yanına Xocalıdan əsir düşmüş soydaşımızı göndəriblər ki, ya təslim olsunlar (Natiqin tək olduğunu bilmirdilər), ya da əsirlərin hamısını öldürəcəklər.

Natiq bundan sonra ermənilərin əlinə keçməmək üçün saxladığı iki gülləni göyə ataraq təslim olmaq qərarına gəlib. Onun taleyi naməlum olaraq qalır.

Musavat Tv-nin əməkdaşları Natiq Qasımovun ailəsi ilə görüşüb.

Qəhrəman şəhidimizin həyat hekayəsini təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?