Azərbaycanda bir qrup hərbi qulluqçu ordudan tərxis olundu - FOTOLAR

4 Oktyabr 2023 13:30 Bizimkilər 752
Azərbaycanda bir qrup hərbi qulluqçu ordudan tərxis olundu - FOTOLAR

Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Xidmət müddəti başa çatan əsgərlər qalib Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən böyük şərəf və qürur duyduqlarını bildirib, hərbi xidmət dövründə qazandıqları müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əmin olduqlarını qeyd ediblər.

Tədbirlərdə xidmət müddəti ərzində icra olunan döyüş tapşırıqlarında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?