"O, top səviyyədə olan hücumçudur" – Azərbaycanlı haqda dedi

4 Oktyabr 2023 12:40 Bizimkilər 1 539
"O, top səviyyədə olan hücumçudur" – Azərbaycanlı haqda dedi

“Dinamo Berlin”in baş məşqçisi Dirk Kunert komandanın azərbaycanlı hücumçusu Rüfət Dadaşovun Almaniyanın Şimal-Şərq Regional Liqasının 9-cu turunun "Çemnitser"lə oyununda (4:0) het-trik etməsinə fikir bildirib.

Sportinfo.az xəbər verir ki, “Berliner Kurier”ə açıqlama verən almaniyalı mütəxəssis millimizin sabiq forvardı haqda bunları deyib:

"Dadaşov üçün qol vurmaq inanılmaz dərəcədə vacib idi. O, həm məşqlərdə, həm də matçlarda daim təkmilləşir.

Çox şadam ki, “Çemnitser”lə görüşdə qalib gəlməyimizə kömək etdi”.

Maraqlıdır ki, “Çemnitser”lə baş məşqçisi Kristian Tiffer də Dadaşov barəsində fikir bildirərək, bunu deyib: “Rüfət top səviyyədə olan forvarddır”.

Rüfət 9 qolla liqanın bombardirlər siyahısında liderdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?