“AFFA buna görə heç bir məsuliyyət daşımır, bəlkə də…”

3 Oktyabr 2023 00:50 Bizimkilər 1 535
“AFFA buna görə heç bir məsuliyyət daşımır, bəlkə də…”

Rusiyanın bəzi saytlarında AFFA-nın "Axmat"ın hücumçusu Həmid Ağalarovun milliləşdirmək istədiyinə dair xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, dağıstanlı futbolçunun atası Ruslan Ağalarov dünən Rusiya mətbuatına açıqlamasında bu barədə onunla və Həmidlə AFFA-nın əlaqə saxlamadığını deyib.

Elə AFFA da bu haqda xəbərləri təsdiq etmir.

Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli qol.az-a açıqlamasında deyib ki, AFFA tərəfindən Həmid Ağalarov və Maqomedşapi Süleymanovun milliləşdirilməsi ilə bağlı heç bir müraciət olunmayıb.

"Belə bir plan da yoxdur. Bəlkə də hansısa menecerlər AFFA-nın adından belə bir təklif göndəriblər.

Lakin buna görə AFFA heç bir məsuliyyət daşımır" - deyə E.Məmmədli bildirib.

Digər Xəbərlər
Xəbər Lenti