Diniyevli "Ümraniyespor" "dib"ə yuvarlandı - VİDEO

1 Oktyabr 2023 00:50 Bizimkilər 908
Diniyevli "Ümraniyespor" "dib"ə yuvarlandı - VİDEO

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor” “Bandırmaspor”u qəbul edib.

Görüşdə Diniyevin komandası 0:1 hesabıyla uduzub.

Coşqun meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə də alıb.

“Ümraniyəspor” hazırda 2 xalla sonuncu pillədə qərarlaşıb.

"Ümraniyespor" - "Bandırmaspor" - 0:1

Qol: Levent Ayçiçek, 22

Qırmızı vərəqə: L. Ayçiçek, 62. ("Bandırmaspor")

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq