Ramil Şeydayev Tailand çempionatına necə başladı?

12 Avqust 2023 20:20 Bizimkilər 1 684
Ramil Şeydayev Tailand çempionatına  necə başladı?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında yeni mövsümün ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib “Kxonnken Yunayted” olub.

Matç 0:0 hesabı ilə başa çatıb. R.Şeydayev start heyətdə meydana daxil olub və sonadək oynayıb.

Bu yay "Qarabağ"dan ayrılan Ramil Şeydayev "Buriram Yunayted"lə 2 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!