Azərbaycan yığmasının həkimi uşağın həyatını xilas etdi

11 Avqust 2023 17:40 Bizimkilər 855
Azərbaycan yığmasının həkimi uşağın həyatını xilas etdi

II MDB Oyunları üçün Belarusa gedən muaytay üzrə Azərbaycan millisinin həkimi Dilbər Səfərova təyyarədə belaruslu uşağın həyatını xilas edib.

Sportinfo.az xəbər verir ki, o, anidən halı pisləşən körpəyə ilkin tibbi yardım göstərib.

Həmin vaxt sərnişinlər arasında yeganə tibb işçisi olan D.Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib:

“Qıcolmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim. Hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.

Azərbaycanlı həkim hadisə ilə bağlı məcburi eniş edən təyyarədən uşağı çıxararaq, onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verib, daha sonra komandasının yanına qayıdıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı