“Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir" - Hikmət Hacıyev

11 Avqust 2023 12:50 Bizimkilər 949
“Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir" - Hikmət Hacıyev

“Əvvəllər Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru vəzifəsində çalışan Luis Moreno Ocamponun hesabatında əsassız ittihamlar və iddialar var”.

Bunu “Associated Press” agentliyinə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi və substantiv səhvləri əks etdirir”, - deyə H.Hacıyev qeyd edib.

Qeyd edək ki, L.Ocampo Azərbaycana qarşı qərəzli hesabat hazırlayıb.

Digər Xəbərlər
Xəbər Lenti