Azərbaycanlı hücumçu bu ölkənin ən tanınmış klubuna “yol tapdı”

7 Avqust 2023 01:10 Bizimkilər 1 186
Azərbaycanlı hücumçu bu ölkənin ən tanınmış klubuna “yol tapdı”

İsveçrə çempionatında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Bazel”lə qarşılaşıb və 3:1 hesabıyla qalib gəlib.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 37-ci dəqiqədə Dadaşov vurub.

“Qrasshopper” hazırda 4 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti