Nə adını gördük, nə üzünü

6 Avqust 2023 03:50 Bizimkilər 1 222
Nə adını gördük, nə üzünü

Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" səfərdə "Kvandju"nun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Cəzalı olan müdafiəçinin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

25 turdan sonra 33 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti