Mahir Emreli az şans qazandı, “Dinamo” evdə xal itirdi

6 Avqust 2023 01:20 Bizimkilər 1 234
Mahir Emreli az şans qazandı, “Dinamo” evdə xal itirdi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında 3-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Zareb təmsilçisi doğma meydanda "Qoritsa" ilə qarşılaşıb.

Matç 0:0 başa çatıb. Mahir matçın 78-ci dəqiqəsində Dario Şpikiçin əvəzinə meydana daxil olub.

"Dinamo" bu nəticədən sonra 4 xalla 4-cü, "Qoritsa" 5 xalla 3-cü pillədə qərarlaşıb.

M.Emreli 2-ci turda "İstra"ya qarşı keçirilən səfər oyununda (3:0) bir qol vurub və bir qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti